

Azərbaycan hökuməti Qarabağdakı binaların əsl halını qoruyaraq bərpa edib.
“APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda (NUFA3) çıxış edən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.
O bildirib ki, heç bir şey dəyişdirilməyib. Azərbaycan müharibədən sonrakı bərpa prosesində nümunəvi şəhərsalma yanaşması nümayiş etdirib: “Bütün dünyanın görməsi lazımdır ki, Azərbaycan şəhərlərini bərpa edərkən nə qədər həssas və insanlıq prinsiplərinə sadiq davranır. Qarabağda möhtəşəm işlər görülüb.”
Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycanın Bakıdan Qarabağa gedən yolları və çoxsaylı infrastruktur layihələri türk şirkətləri tərəfindən inşa olunub.
“Türkiyə inşaat sektorunda dünyanın ən önəmli ölkələrindən biridir. Dünyada 250 böyük şirkət arasında 45 türk firması var. Bu şirkətlərin bir çoxu Azərbaycan layihələrində iştirak edir”, – deyə Ö.Bulut əlavə edib.