
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə 631 644 031,0 manat vəsait ayrılacaq.
Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin vəsaitdən mədəniyyət və incəsənət sahəsində fəaliyyətinə 240 745 620,0 manat, televiziya, radio və nəşriyyata 78 721 874,0 manat, bədən tərbiyəsi və gənclər siyasətinə 50 078 099,0 manat, yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlərə 22 848 131,0 manat,
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlərinə isə 239 250 307,0 manat ayrılacaq.