Azərbaycanın maliyyə cinayətkarlığına qarşı mübarizədə beynəlxalq standartlara uyğunluğu yüksəldilib
Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib
Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub
Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gəlib
21 Oktyabr 2025 14:51
2 205
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu (SK-AIH) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə "Samruk-Kazyna" məlumat yayıb.
"İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. "SK-AIH" fondu minoritar səhmdar qismində çıxış edəcək. Əməkdaşlıq Qazaxıstanla Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır", - məlumatda qeyd olunub.