11:08
665
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran “ona qarşı sui-qəsd təhdidlərini” həyata keçirməyə cəhd etsə, onların yer üzündən silinməsi üçün qəti göstəriş verib.
Xalqcebhesi.az xəbər verir ki, Donald Tramp ikinci dəfə prezident vəzifəsinə başlamasının birinci ildönümündə "News Nation" kanalına verdiyi müsahibədə ABŞ-ın daxili və xarici gündəmi ilə bağlı fikirlərini bölüşüb.
İranın “ona qarşı sui-qəsd təhdidlərini” reallaşdırmaq ehtimalını dəyərləndirən Tramp, “Əgər nəsə baş verərsə, bütün ölkə havaya sovrulacaq. Onları son dərəcə sərt vuracağam,” – deyə bildirib.
Bu mövzuda çox qəti göstərişlər verdiyini vurğulayan Tramp, “Bir şey olarsa, onları yer üzündən siləcəklər,” – şəklində danışıb.
Tramp, İrandan gələn sui-qəsd təhdidlərinə görə keçmiş prezident Co Baydeni də kifayət qədər cavab verməməkdə ittiham edib.
Tramp həmçinin miqrantlara qarşı əməliyyatlar səbəbilə etirazların baş verdiyi Minnesota ştatında tətbiq oluna biləcəyini dediyi Üsyan Aktı (Insurrection Act) barədə də danışıb.
O, bu qanuna “hələlik ehtiyac olmadığını”, lakin “lazım gələrsə” qüvvəyə minəcəyini qeyd edib.
Tramp bildirib ki, bu qanunun tətbiqi “məhkəmə sistemini kənardan keçməyə” imkan verəcək və “həyatı xeyli asanlaşdıracaq.”
Məryəm Quliyeva