İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Yanvar 12:11
2 471
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb.
APA-nın Davosa ezam olunmuş müxbiri xəbər verir ki, söhbət zamanı Azərbaycanda mövcud əlverişli investisiya mühitinin xarici sərmayədarlar üçün də cəlbedici olduğu vurğulandı. “Dell Technologies”in Azərbaycanda fəaliyyəti və bu şirkətin iştirakı ilə ölkəmizdə super kompüter mərkəzinin yaradılması qeyd edildi, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin IT infrastrukturun qurulması və modernləşdirilməsi, şəbəkə avadanlıqları, məlumat mərkəzləri və bulud infrastrukturu layihələri, o cümlədən qabaqcıl məlumat mərkəzlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309