ABŞ Fransanın Qəzza üzrə “Sülh Şurası”na qoşulacağına ümid edir Dünya

ABŞ Fransanın Qəzza üzrə “Sülh Şurası”na qoşulacağına ümid edir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Vaşinqton Fransa prezidenti Emmanuel Makronun ABŞ prezidenti Donald Trampın yaratmaq istədiyi “Sülh Şurası”nın fəaliyyətində iştirakına razılıq verəcəyinə ümid edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Uitkoff "CNBC" telekanalına müsahibəsində qeyd edib.

“Buna ümid edirəm. Onun bizə qoşulacağına ümid edirəm. Fransanın iştirakı çox faydalı olardı,” – deyib.

O, həmçinin əlavə edib ki, yaxın 24 saat ərzində “Sülh Şurası”nda iştirak üçün daha əvvəl dəvət göndərilmiş ölkələrlə ABŞ arasında bir sıra danışıqlar aparılacaq.

Məryəm Quliyeva