Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Antonio Koşta: Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Prezidenti: Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək
Prezident: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
21 Yanvar 12:52
1 988
Azərbaycanla İraq türkmanlarının daha yaxınlaşması, elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım atılıb.
"kerkuktenazerbaycana.com" internet saytı istifadəyə verilib. Sayt Azərbaycan Milli Elmlər Akademiyası və Kərkük Kültür Dərnəyinin birgə layihəsi olaraq reallaşıb.
Saytda Azərbaycan və İraq türkmanlarının ortaq dəyərləri, dil xüsusiyyətləri, görkəmli şəxsiyyətləri və uzun əsrlər boyu mövcud olmuş ədəbi-mədəni əlaqələri ilə bağlı məqalələr, elmi araşdırmalar və gündəlik xəbərlər yer alacaq.
İnternet saytının Azərbaycan tərəfdən baş redaktoru akademik İsa Həbibbəyli, İraq türkmanları tərəfdən Kərkük Kültür Dərnəyinin rəhbəri Dr.Şəmsəddin Kuzəçi, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevdir.



