

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Oktyabrın 22-də ABŞ və Avropa fond bazarlarında qarışıq dinamika müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, ABŞ-da Dow Jones Industrial Average indeksi 0,47% artaraq 46 924,74 bəndə yüksəlib. S&P 500 indeksi demək olar dəyişməyərək 6 735,35 bənd səviyyəsində qalıb, Nasdaq Composite isə 0,16% azalaraq 22 953,67 bənd təşkil edib. NYSE Composite 0,13% azalıb (21 571,16 bənd), S&P/TSX Composite isə 1,73% geriləyərək 29 888,82 bəndə enib.
Avropa bazarlarında isə əsas indekslərdə əsasən artım müşahidə edilib. Euro Stoxx 50 0,10% artaraq 5 686,83 bəndə, FTSE 100 0,25% artaraq 9 426,99 bəndə, DAX 0,29% artaraq 24 330,03 bəndə, CAC 40 0,64% artaraq 8 258,86 bəndə yüksəlib. Yalnız IBEX 35 indeksi 0,39% azalaraq 15 767,10 bənd olub.
Analitiklərin qiymətləndirməsinə görə, ABŞ bazarındakı qarışıq dinamika investorların inflyasiya və faiz siyasəti ilə bağlı gözləntiləri fonunda formalaşıb. "Dow Jones"un artımı sənaye sektorunda müsbət gəlir göstəriciləri ilə, "Nasdaq"dakı azalma isə texnologiya səhmlərində satış təzyiqi ilə əlaqələndirilir. Avropa bazarlarındakı artım isə əsasən Almaniya və Fransa indekslərində korporativ gəlirlərin güclənməsi və enerji qiymətlərinin sabitləşməsi ilə izah olunur.