

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Expressen: Zelenski böyük döyüş təyyarəsi ilə bağlı razılaşma əldə etmək üçün İsveçə uçub
Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib
Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti çox mühüm regional əhəmiyyətə malikdir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu "Gürcüstan Dəmir Yolları" SC-nin Baş direktoru Laşa Abaşidze V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, BTQ layihəsinin əsas üstünlüyü Orta Dəhliz boyu yerləşən ölkələr üçün birbaşa bağlılıq yaratmasıdır.
L.Abaşidze bildirib ki, Gürcüstan qonşu ölkələrlə elektron gömrük rəsmiləşdirilməsinin tətbiqi üzərində iş aparır.
"Yeniliyin tətbiqi ilə dəmir yolu ilə Azərbaycandan Qara dəniz limanlarına qədər yüklərin daşınması müddəti 22-24 saatdan 12 saata endiriləcək", - o söyləyib.
SC rəhbəri Gürcüstanda dəmir yolu xəttlərinin modernləşdirilməsi prosesinin başa çatdırıldığını qeyd edib:
"Bu həm daşınan yüklərin həcminin artmasına, həm də hərəkətin sürətinin yüksəldilməsinə və vaxtın qısalmasına imkan verəcək".