Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə edilir İqtisadiyyat

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə edilir

Oktyabrın 24-də ABŞ və Avropa fond bazarlarında əsas indekslər müsbət dinamika ilə ticarət gününü başa vurub.

"APA-Economics" xəbər verir ki, "Dow Jones Industrial Average" indeksi 0,31% artaraq 46 734,61 bəndə yüksəlib. "S&P 500" indeksi 0,58% artımla 6 738,44 bənd, "Nasdaq Composite" isə 0,89% artımla 22 941,80 bənd olub. "NYSE Composite" 0,51% yüksələrək 21 623,82 bəndə, "S&P/TSX Composite" isə 0,68% artaraq 30 186,28 bəndə çatıb.

Avropa bazarlarında isə "Euro Stoxx 50" indeksi 0,52% artaraq 5 668,83 bənd, "FTSE 100" 0,67% artımla 9 578,57 bənd, Almaniyanın "DAX" indeksi 0,23% artaraq 24 207,79 bənd, Fransanın "CAC 40" indeksi 0,23% artımla 8 225,78 bənd, İspaniyanın "IBEX 35" indeksi isə 0,07% artaraq 15 792,20 bənd səviyyəsində qərarlaşıb.

ABŞ və Avropa birjalarında yüksəliş tendensiyası davam edir. İnvestorların diqqəti əsasən ABŞ-da korporativ gəlir hesabatlarına və faiz dərəcələrinin sabit qalacağına dair gözləntilərə yönəlib. Bu amillər bazar iştirakçıları arasında optimizmi artıraraq indekslərdə artıma səbəb olub.