Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
14:17
679
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 38 milyon 415 min ABŞ dolları dəyərində 26 min 946 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 26.6% və ya 9.8 min ton, dəyər ifadəsində isə 10.7% və ya 4.6 milyon ABŞ dolları azalıb. 2024-cü ilin ilk 8 ayı ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.42 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 1129 ton, İndoneziyadan isə 25 min 816 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 31 min 653.5 ton marqarin istehsal edilib.
14:18
777
24 Oktyabr 17:47
1 449
24 Oktyabr 16:48
1 449