Azərbaycanda kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb İqtisadiyyat

Azərbaycanda kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb

Azərbaycanda "Kondisionerlərin enerji etiketlənməsinə dair texniki reqlament" və "Kondisionerlər və sərinkeşlərə ekodizayn tələblərinə dair texniki reqlament" layihəsi hazırlanıb.

Xalqcebhesi.az xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib.

İctimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Yeni texniki reqlament elektrik şəbəkəsindən qidalanan, soyutma və ya soyutma funksiyası olmadıqda isitmə üçün nominal gücü 12 kVt-dan çox olmayan kondisionerlərə və 125 Vt-dan çox olmayan gücə malik sərinkeşlərə şamil edilir.