Uluqbek Xasanov: Türk dövlətləri sığorta bazarında əməkdaşlığı gücləndirir İqtisadiyyat

Uluqbek Xasanov: Türk dövlətləri sığorta bazarında əməkdaşlığı gücləndirir

"Türk dövlətləri sığorta bazarında əməkdaşlığı gücləndirir”.

“APA-Economics” xəbər verir ki, Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Özbəkistan Respublikasının Perspektiv Layihələr üzrə Milli Agentliyinin rəsmisi Uluqbek Xasanov bildirib.

O deyib ki, türk dövlətləri arasında sığorta bazarının inkişafı, rəqəmsal transformasiya və risklərin idarə olunması sahəsində əməkdaşlığın dərinləşdirilməsi prioritet istiqamətlərdəndir.

“Özbəkistanda ilk milli təkrarsığorta şirkəti – “Uzbekistan Reinsurance Company” təsis edilib. Bu təşəbbüs sığorta bazarının dayanıqlığını artırmaq, xarici asılılığı azaltmaq və regionda milli sığorta tutumunu gücləndirmək məqsədi daşıyır. Hökumət Dünya Bankı ilə birgə təbii fəlakətlərin maliyyələşdirilməsi və sığortalanması üzrə milli strategiya üzərində işləyir. Türk dövlətləri arasında bu sahədə təcrübə mübadiləsi və innovativ həllərin tətbiqi bazarların inteqrasiyasına və qarşılıqlı investisiya imkanlarının artmasına şərait yaradır”- Uluqbek Xasanov əlavə edib.