11:53
784
Dünyada təbii qaza tələbat 2024–2030-cu illərdə ildə 1,5% artacaq ki, bu da 380 milyard kubmetrlik artıma bərabərdir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin “Qaz 2025. Təhlil və 2030-cu ilə qədər proqnozlar” hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan artımın yarısını Asiya-Sakit okean regionu təmin edəcək.
Bildirilir ki, tələbat artımının 30%-i Yaxın Şərqin payına düşəcək, çünki Səudiyyə Ərəbistanı kimi ölkələr elektrik enerjisi istehsalında neftdən qaza keçid edirlər.