TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
12:36
1 092
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində İndoneziya Respublikası Audit Şurasının nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "APA-Economics"ə Hesaplama Palatasından bildirilib.
Məlumata görə, görüş zamanı qurumlar arasında dövlət auditi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimindən sonra tərəflər Memorandumun icrası ilə bağlı əməkdaşlıq istiqamətləri və gələcək birgə fəaliyyət planlarını müzakirə ediblər.
İndoneziya Respublikası Audit Şurasının sədri Dr. İsma Yatun əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovu İndoneziyanın paytaxtı Cakartaya rəsmi səfərə dəvət etməkdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, İndoneziya Respublikası Audit Şurası INTOSAI Konqresinin növbəti ev sahibi seçilib və 2028-2031-ci illər üzrə təşkilata sədrlik etmək səlahiyyəti qazanıb.
17:22
686
15:54
980
15:38
938