 
                
                
                
             
                
                
                
             15:17
15:17 1 057
1 057
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.
QSC-dən verilən məlumata görə, dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım, qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.
Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.
Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi – Satış və mübadilə mərkəzi və onlayn platforması - www.azergold.gift vasitəsilə əldə edilə bilər.
 17:57
17:57 1 015
1 015 17:02
17:02 1 064
1 064 16:59
16:59 1 057
1 057 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    