HP: Bitkiçilikdə dövlət dəstəyinin maliyyələşdirilməsi sahəsində ünvanlılıq problemləri mövcuddur İqtisadiyyat

HP: Bitkiçilikdə dövlət dəstəyinin maliyyələşdirilməsi sahəsində ünvanlılıq problemləri mövcuddur

Bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiyalaşdırılmanın) maliyyələşdirilməsi prosedurlarında ünvanlılıq problemləri mövcuddur.
“APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.
Bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiyalaşdırılmanın) maliyyələşdirilməsi prosedurlarında ünvanlılıq problemlərinin mövcudluğu, eyni zamanda dövlət dəstəyinin həcmi və resipiyent təsərrüfatların (fermerlərin) məhsuldarlıq hesabatlılığı üzrə vahid elektron informasiya sisteminin tam formalaşdırılmaması mikro və makro səviyyədə əks effektlər yaratmaqdadır.
Dövlət dəstəyinin (əkin və məhsul subsidiyalarının, texnikalara güzəştin maliyyələşdirilməsi) səmərəlilik indikatorları (hədəflər), dövlət dəstəyi alanların məsuliyyəti və qarşısında tələblərin qoyulması (məhsulun həcmi, məhsuldarlıq, yeni iş yerlərinin yaradılması, xərclərin azaldılması və sairə) müəyyənləşdirilməmişdir.