11:22
693
Hesablama Palatası pensiya sistemi ilə əlaqədar asılılıq indikatoruna diqqətin artırılmasını tövsiyə edib.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığının qiymətləndirilməsində istifadə olunan indikatorlara, xüsusilə asılılıq indikatoruna diqqətin artırılmasının vacibliyini göstərir. Asılılıq əmsalı sosial sığorta təminatına malik olan şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi müəyyənləşdirilir. Asılılıq əmsalı 2024-cü ilin əvvəlinə 54,2%, 2024-cü ilin sonuna isə 51,7% səviyyəsində olub.
Bildirilib ki, 2024-cü ilin əvvəli və sonu üzrə göstəricilərdə müsbət meyl müşahidə olunsa da, bu göstəricilərin daha da yaxşılaşması üçün çevik hüquqi baza və mexanizmlərin yaradılması zəruridir.