11:28
819
2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli ilə müqayisədə 452,6 mln. manat və ya 14,3% artmış borcun əsas hissəsi qeyri neft-qaz sektorunun payına düşüb.
“APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.
Vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir etmişdir. Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda, 25,3%-i də faizlər hesabına təmin edilmişdir. Dövrün sonuna olan borc məbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir.