11:37
805
Ortamüddətli dövrdə cari hesab balansının profisitdə qalacağı proqnozlaşdırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə gələn il üzrə CƏB-in profisiti 1,9 mlrd. dollar, 2027-ci ildə 1,55 mlrd. dollar, 2028-ci ildə 1,23 mlrd. dollar, 2029-cu ildə isə 1,84 mlrd. dollar proqnozlaşdırılıb.
Qeyd edilib ki, cari hesab balansının ÜDM-ə nisbətinin növbəti ildə 2,4%, 2027-2029-cu illərdə isə orta illik 1,7% olacağı proqnozlaşdırılır.