Maliyyə naziri: Neft və qaz qiymətlərində azalma gözləyirik İqtisadiyyat

Maliyyə naziri: Neft və qaz qiymətlərində azalma gözləyirik

Neft və qaz qiymətlərində azalma gözləyirik.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, qeyri-neft sektoru üzrə gəlirlər son 5 ildə 44,4 % artıb: “Neft Fondundan transfertin azaldılması hökumətin növbəti illərdə əsas hədəflərindən biri olacaq. Neft-qaz sektoru üzrə yığımlar Vergi Xidməti vasitəsilə 3,6 milyard manata bərabər olacaq. Bu da həm 2025-ci il, həm də 2024-cü il göstəricisindən daha az proqnozlaşdırılan rəqəmdir. Çünki neft və qaz qiymətlərində azalma gözləyirik”.