İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Noyabr 2025 16:51
2 513
ABŞ prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtonda keçiriləcək görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Ukraynada sülhün bərqərar olması gündəliyin mühüm bəndi olacaq", - nazir bildirib.
O, ümid etdiyini bildirib ki, bundan sonra ABŞ və Rusiya münaqişənin həlli ilə bağlı razılığa gələ və “Mərkəzi Avropaya sülhü qaytaracaq” razılaşma əldə edə biləcəklər.
Tramp və Orban arasında görüş 7 noyabrda baş tutacaq. Macarıstanın baş naziri ABŞ-ın enerji sektorunda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara bir sıra istisnaların edilməsinin zəruriliyini müzakirə etmək istəyir.
Məryəm Quliyeva