Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 1.65% - 47,457.22 bəndədək, S&P 500 indeksi 1.66% – 6,737.49 bəndədək, Nasdaq indeksi isə 2.29% – 22,870.36 bəndə qədər azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1.05% – 9,807.68 bəndədək, Fransanın CAC-40 indeksi 0.11% – 8,232.49 bəndədək, Almaniyanın DAX indeksi isə 1,39% – 24,041.62 bəndə qədər azalıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,08% artaraq 1.1642 dollar təşkil edib.