Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
Nazir: Tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik
11:32
637
Azərbaycan Çin vətəndaşları üçün yüksək maraq doğuran turizm istiqamətlərindən birinə çevrilir.
“APA-Economics” xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən “China Visitors Summit”də bildirib.
O qeyd edib ki, iki ölkə arasında 1992-ci ildən bəri inkişaf edən etimada əsaslanan tərəfdaşlıq son illər daha yüksək səviyyəyə yüksəlib.
Lu Mey bildirib ki, Prezident İlham Əliyevin bu il Çinə iki dəfə səfəri və Çin Sədri Si Cinpinlə birgə hərtərəfli strateji tərəfdaşlığın təsis edilməsi turizm də daxil olmaqla bütün sahələrdə yeni imkanlar açıb.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə Azərbaycana səfər edən Çin turistlərinin sayı 44 798 nəfər olub. 2025-ci ilin ilk üç rübündə bu rəqəm 49 939 nəfərə çataraq illik müqayisədə 11,5% artım göstərib. Səfir vurğulayıb ki, vizadan qarşılıqlı azadolma rejimi turist axınında rekord artıma səbəb olub.
Lu Mei qeyd edib ki, Çində qəbul edilən yeni strateji inkişaf sənədləri, o cümlədən “On beşinci Beşillik Plan”, ölkənin açıq iqtisadi siyasətini daha da genişləndirir və Azərbaycanla əməkdaşlıq üçün yeni fürsətlər yaradır. Çin tərəfi modernizasiya prosesinin gətirdiyi imkanları Azərbaycanla bölüşməyə və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan edib.
Dialoq iki ölkənin turizm sənayesi nümayəndələri arasında peşəkar ünsiyyətin gücləndirilməsi, yeni turizm məhsullarının hazırlanması və əlaqələrin növbəti mərhələyə yüksəldilməsi baxımından vacib platforma kimi qiymətləndirilib.
13:39
77
13:26
350
12:59
469