AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib İqtisadiyyat

AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib.

"Report" agentliyə istinadən xəbər verir ki,

Gəncə–Qazax marşrutu üzrə fiziki şəxslər Əsgərov Taleh Qafar oğlu və Məmmədov Mahir Xaliq oğlu;

Qazax–Gəncə marşrutu üzrə fiziki şəxslər Yolçuyev Samir Rəfayıl oğlu, Bəndəliyev Ayaz Müslüm oğlu və Mirzəyev Xəyal Vəli oğlu;

Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Abbasov Vüsal Fazil oğlu;

Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani" ASC qalib elan olunub.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.