“Status Sığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verilib
Con Herbst: Vaşinqtonun iştirakı dəhlizlə bağlı mübahisəli məqamı neytrallaşdıra bilər
Dövlət Bağçalı İmralı həbsxanasında Öcalanla görüşməyə hazır olduğunu bildirib
Komitə sədri: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh irəliləyişini alqışlayır
10:58
546
Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması məsələlərində Gürcüstan Azərbaycan, Qazaxıstan və Çin də daxil olmaqla dəhlizin iştirakçısı olan digər ölkələrlə fəal əməkdaşlıq edir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Rustavi 2” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Orta Dəhlizdə Gürcüstanın rolunun möhkəmləndirilməsi ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, Gürcüstanın Asiya və Avropa arasında tranzit-logistika qovşağı kimi funksiyasının gücləndirilməsi hökumətin əsas prioritetlərindən biridir.
Kvrivişvili əlavə edib ki, Gürcüstan hökuməti dəmir yollarının modernləşdirilməsinə əhəmiyyətli resurslar ayırıb və bunun sayəsində yük dövriyyəsinin həcmini iki dəfə artırmaq, həmçinin dəmir yollarının mobilliyini yüksəltmək və yüklərin daşınma müddətini qısaltmaq mümkün olub.