13:16
609
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10 555,6 min ton, avtomobil nəqliyyatı ilə 8 008,8 min ton və dəniz nəqliyyatı ilə 5589,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 615 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 117,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 719,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 416,7 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton təşkil edib.
Məlumata görə, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.