"ABŞ diplomatik müstəvidə dönüş yaratmaq istəyir"
18 Noyabr 18:59
18 Noyabr 18:59
18 Noyabr 16:38
18 Noyabr 15:15
18 Noyabr 13:51
Qanunsuz ovlanmış nərə balıqlarının satışının qarşısı alınıb
Nazir: Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək
AMB sədri: İslahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub
Misli Premyer Liqası: XII turun açılış oyunu FIFA referisinə tapşırılıb
DÇ-2026: Erlinq Holann Avropa zonası üzrə seçmə mərhələnin ən sərrast hücumçusu olub
12:01
532
2026-cı ildə dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat məbləğində proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat və dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində təklif edilir.
Bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir vurğulayıb ki, hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir: “Borc portfelinin tərkibində dövlətin xarici borcu ümumi borc portfelinin 32,8 faizinə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılmış, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artıb. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”.
12:47
322
12:47
301
12:46
308