11:14
602
Azərbaycanda və daha geniş Xəzər regionundakı bir çox yataqlar onilliklərdir işlənilir və burada hasilat aparılır.
"APA-Economics" xəbər verir ki, bunu "SPE Xəzər Texniki Konfransı"nda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
"Lakin onlar hələ də enerji təhlükəsizliyi, iqtisadi sabitlik və bölgənin gələcəyi üçün əsas tərkib hissəsi olaraq qalır. Onların məhsuldarlığını saxlamaq üçün yeni ideyalara, müasir texnologiyaya, yeni bacarıqlara ehtiyacımız var", - Babək Hüseynov qeyd edib.
O əlavə edib ki, Xəzər hövzəsi texniki və strateji cəhətdən ən maraqlı və vacib regionlardan biri olaraq qalır: