Azərbaycan və Pakistan qarşılıqlı investisiya axınlarının artırılmasını müzakirə edib İqtisadiyyat

Azərbaycan və Pakistan qarşılıqlı investisiya axınlarının artırılmasını müzakirə edib

Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir bildirib ki, Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.

"Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq.