Metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edilib İqtisadiyyat

Metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsi üzrə 5 yeni dövlət standartı qəbul edib.

Bu barədə AZSTAND-dan bildirilib.Qəbul olunan standartlar bunlardır:

AZS EN 1434-1:2025 “İstilik enerjisi sayğacları. Hissə 1: Ümumi tələblər”

AZS EN 1434-4:2025 “İstilik enerjisi sayğacları. Hissə 4: Tipin təsdiqi sınaqları”

AZS EN 1434-5:2025 “İstilik enerjisi sayğacları. Hissə 5: İlkin yoxlama sınaqları”

AZS EN 12480:2025 “Qaz sayğacları – Rotor yerdəyişmə qaz sayğacları”

AZS EN 1359:2025 “Qaz sayğacları – Diafraqma qaz sayğacları”

Sözügedən dövlət standartları istilik və qaz sayğaclarının işləmə prinsipləri, təhlükəsizliyi, istehsalı, eləcə də sınaqlarına dair tələbləri müəyyən edir.

Avropa standartları əsasında işlənib hazırlanmış dövlət standartlarının tətbiqində məqsəd istilik və qaz sayğaclarının təhlükəsizliyini və ölçmə nəticələrinin düzgünlüyünü təmin etməkdir.

Qeyd edək ki, yeni dövlət standartları “Metrologiya sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 47) konsensus əsasında qəbul olunub və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.