25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
XİN: Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə edilmir
ADB: Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərə investisiya etməyə hazırıq
Rutte: Ukraynada müharibənin dekabradək başa çatmasını gözləyirik
ADY sədri: MDB ölkələri arasında əməkdaşlıq regionun iqtisadi inteqrasiyasının əsas amillərindəndir
12:08
147
Orta Dəhliz Avrasiyanın mərkəzində yerləşən ölkələr üçün alternativ və təhlükəsiz tranzit marşrutu kimi əhəmiyyətini artırır.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının plenar iclası zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.
"Qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” cari ilin 10 ayında Orta Dəhliz üzrə 317 blok qatarı qəbul edib, onlardan 119-u tranzit qatarıdır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir", - Rövşən Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində görülən işlər Azərbaycanın regionda şimal və cənub istiqamətləri üzrə ticarət axınlarını birləşdirən strateji həlqə kimi rolunu daha da gücləndirir. Bu ilin sonuna qədər dəhlizin Azərbaycan ərazisindən keçən mühüm hissələrindən biri olan Sumqayıt–Yalama dəmir yolu xəttinin rekonstruksiyası başa çatdırılacaq. Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” İran ərazisində Astaradakı terminalın tikintisi üzrə böyük həcmdə işlər görüb və terminalın inşası 2026-cı ilin birinci rübündə tamamlanacaq.
"Bu ilin fevralından Bakı Beynəlxalq Dəniz Limanı “Azərbaycan Dəmir Yolları”nın tərkibinə inteqrasiya olunub. Onun genişləndirilməsi və müasir logistika mərkəzinə çevrilməsi kompleks nəqliyyat strategiyasının mühüm tərkib hissəsidir.
Bu gün Bakı limanı təkcə Azərbaycanın deyil, bütün regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təmin edən əsas qovşaqlardan biridir. Limanın infrastruktur imkanları, rəqəmsal idarəetmə sistemi və “yaşıl liman” konsepsiyası Avropa ilə Asiya arasında yük axınlarının optimallaşdırılmasına töhfə verir. Alat Logistika Zonası ilə birlikdə liman Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayağı rolunu oynayır", - Rövşən Rüstəmov vurğulayıb.