İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Noyabr 2025 09:32
1 575
ABŞ-da kommersiya neft ehtiyatları 2 774 min barel artıb və 426 929 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 300 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.