İordaniyalı nazir: Azərbaycan MDB bazarlarına çıxışda əsas tərəfdaşımız ola bilər İqtisadiyyat

İordaniyalı nazir: Azərbaycan MDB bazarlarına çıxışda əsas tərəfdaşımız ola bilər

Azərbaycan MDB bazarlarına çıxışda bizim üçün əsas tərəfdaş ola bilər.

“APA-Economics" xəbər verir ki, Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Qudah deyib.

O bildirib ki, İordaniyanın Müstəqil Dövlət Birliyi bazarlarında heç bir mövcudluğu yoxdur. Buna görə də Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Yarub Qudah deyib ki, Azərbaycanın MDB ölkələri ilə siyasi, iqtisadi və ticarət sahəsində formalaşdırdığı güclü tərəfdaşlıq İordaniya üçün yeni imkanlar açır. Onun sözlərinə görə, rəsmi Amman Bakı ilə birlikdə region bazarlarına çıxışın genişləndirilməsini iki ölkə arasında əməkdaşlığın prioritet istiqaməti kimi görür.