16:50
532
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.
Bu barədə AZSTAND-dan bildirilib.
İclasda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. sahələrə aid 33 dövlət standartının layihəsi müzakirə edilib, eləcə də dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb. Eyni zamanda 4 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib. Həmçinin AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub, komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.