Aİ və Ermənistan arasında ilk sammit 2026-cı ildə İrəvanda keçiriləcək
Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir
Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb
Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağır - FAKTİKİ HAVA
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası gerçəkləşib
15:26
553
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində proqnozlaşdırılır.
Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq ediləcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
16:19
224
15:56
602
14:46
679