Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir İqtisadiyyat

Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir

Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumi iqtisadiyyatımızda vergi gəlirlərinin ümumdaxili məhsulda (ÜDM) payı 15,9 faizdir, yəni 16 faizdən azdır: “Bu o deməkdir ki, neft sektorunda daha yüksək, qeyri-neft sektorunda isə daha aşağı vergi rejimi var. Ona görə ümumi rəqəmimiz də cəmi 15.9 faizə bərabərdir. Biz region, post-sovet və inkişaf etməkdə olan ölkələrə baxdıqda görürük ki, vergi yükünün ÜDM-ə nisbəti əsasən 19-23 faiz arasındadır. Yəni bugün Azərbaycanın xüsusilə qeyri-neft sektoru üçün təqdim etdiyi vergi yükü kifayət qədər optimaldır, balanslaşdırılmış və qeyri-neft sektorunun inkişafını dəstəkləyən bir rejimdir”.