“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
10:55
434
"Azərbaycanın sementə illik tələbatı təxminən 4 milyon ton təşkil edir. Tikinti sektorundakı davamlı artım fonunda bu rəqəmin yaxın illərdə 5 milyon tona qədər yüksələcəyi gözlənilir".
Bu barədə "APA-Economics"ə Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK) məlumat verilib. Bildirilib ki, Azərbaycanın sement sənayesi Cənubi Qafqaz regionunda ən böyük sektor kimi çıxış edir və ölkənin tikinti materialları sənayesinin əsas dayaqlarından birini təşkil edir.
Hazırda fəaliyyətdə olan dörd böyük zavod ölkədaxili tələbatı tam şəkildə qarşılayır və onların ümumi illik istehsal gücü 5,1 milyon tona bərabərdir.
Qeyd olunub ki, ölkədə tikinti sektorunda tələbatın artacağı proqnozlaşdırıldığı üçün sement ixracının mərhələli şəkildə azalması istisna edilmir: "Sement ixracında Azərbaycanın əsas xarici bazarlarından biri qonşu Gürcüstandır. 2024-cü ildə Azərbaycan ümumilikdə 850,7 min ton sement klinkeri ixrac edib ki, bu da əvvəlki ilin 874,6 min ton göstəricisi ilə müqayisədə cüzi azalmadır. Ölkədaxili tikinti və bərpa layihələrinin genişlənməsi fonunda yaxın illərdə prioritet daxili tələbatın tam təmin edilməsi olacaq".