Qarsdan olan iş adamları azad edilən ərazilərə səfər edəcək İqtisadiyyat

Qarsdan olan iş adamları azad edilən ərazilərə səfər edəcək

"Qarsdan olan iş adamları sabah Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəklər".

APA xəbər verir ki, bunu Naxçıvanda keçirilən “2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu”nda Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Əliyev deyib.

Konsul bildirib ki, iyun ayında İğdırdan olan iş adamları da Qarabağı ziyarət ediblər: "Ümid edirəm ki, bu prosesi Ardahan, Ərzurum və Ağrı vilayətlərində də davam etdirmək olar".

Qeyd olunub ki, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə sərhədi tam potensialda istifadə olunmalı, bu səbəbdən bu bölgələrdə ticarət müqavilələri, sərhəddə ticarət imkanları artırılmalıdır: "Türkiyənin Qars, Ardahan, Ərzurum, Ağrı şəhərləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin artırılması iş adamlarımızın daimi təşkilati məsələləri arasında olmalıdır".