10:05
469
2025-ci ilin yanvar – noyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub.
“İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203,0 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155,0 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib” - məlumatda bildirilib.


