12:07
469
2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb.
Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
- Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
- Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
- Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
- Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.
12:24
476
12:10
441
12:06
476