Azərbaycanda ÜDM istehsalı 1,6 faiz artdı İqtisadiyyat

Azərbaycanda ÜDM istehsalı 1,6 faiz artdı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Xalqcebhesi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb

ÜDM istehsalının 34 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manata bərabər olub.