11:20
532
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Qafqaz regionunda iqtisadi artımın yüksək olacağını, lakin geosiyasi və valyuta risklərinin davam edəcəyini açıqlayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings”in açıqladığı hesabatda bildirilir. Agentliyin məlumatına görə, Gürcüstan və Ermənistan 2026-cı ildə təxminən 5%-lik iqtisadi artım tempini qoruyacaq. Gürcüstanda iri investisiya layihələri və xidmət sektorunun güclü performansı, Ermənistanda isə yumşaq fiskal siyasət artımı dəstəkləyən əsas faktorlar kimi göstərilir.
Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması region üçün əsas siyasi risklərdən biri kimi qiymətləndirilir. Fitch qeyd edir ki, Ermənistanın 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda sülh prosesinin yekunlaşması çətinləşə bilər.
Hesabatda vurğulanır ki, Qafqaz ölkələrində inflyasiya təzyiqlərinin yenidən artması səbəbindən monetar yumşalma üçün imkanlar məhdud qalır. Yüksək maliyyə dollarlaşması şəraitində mərkəzi banklar xarici volatillik və daxili siyasi risklər fonunda ehtiyatlı mövqe tutmağa üstünlük verirlər.
Fitch bildirir ki, region ölkələrinin dövlət borcu səviyyəsi Mərkəzi və Şərqi Avropa ölkələri (CEE) ilə müqayisədə aşağıdır, lakin xarici valyutada borcun yüksək payı valyuta risklərini artırır.
Agentliyin qiymətləndirməsinə əsasən, CEE-dən kənar ölkələr, o cümlədən Qafqaz dövlətləri son illərdə valyuta ehtiyatlarını artırıblar. Cari hesab kəsirləri əsasən birbaşa xarici investisiyalar və rəsmi maliyyələşmə hesabına örtülür.
Fitch CEE, o cümlədən Qafqaz dövlətləri üzrə əsas risk faktorlarını Ukrayna müharibəsinin davam etməsi, ABŞ-ın gömrük tarifləri ilə bağlı qeyri-müəyyən ticarət siyasəti, Rusiya tərəfindən artan hibrid təhdidlər, Azərbaycan–Ermənistan sülh prosesinin uzanması və Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayanması ilə əlaqələndirib.
10 Dekabr 23:32
994
10 Dekabr 23:30
1 001
10 Dekabr 18:13
1 253