27 Yanvar 16:04
27 Yanvar 14:14
11 Dekabr 2025 16:15
1 876
İqtisadiyyat Nazirliyindən dövlət bankının rəhbərliyinə təyinat olub.
“APA-Economics”in əldə etdiyi məlumata görə, Allahverdiyev Elnur Rafael oğlu “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Qeyd edək ki, Elnur Allahverdiyev həm İqtisadiyyat Nazirliyinin Korporativ İdarəetmə şöbəsinin müdiridir.
Elnur Allahverdiyev 2016-2020-ci illərdə keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində şöbə müdiri, 2020-ci ildən 2024-cü ilə kimi Mərkəzi Bankın lisenziyalaşdırma şöbəsinin müdiri, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlir Baş İdarəsinin rəis müavini olaraq çalışıb. Ötən ilin sonundan isə hazırki vəzifəsini icra edir.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Ziraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
27 Yanvar 20:31
945
27 Yanvar 17:53
980
27 Yanvar 17:35
1 029