Bu il Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb İqtisadiyyat

Bu il Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 3736 ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 28.5%, yük avtomobili istehsalı isə 52.6% azalıb.

Qeyd edək ki, cari ilin noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 166 ədəd minik, 20 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 442 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.4% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.