Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1.1 mlrd. dolları ötüb İqtisadiyyat

Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1.1 mlrd. dolları ötüb

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 998 milyon 854 min ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 25.9% və ya 21 478 ədəd, dəyəri isə 19.5% və ya 325.6 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 673 milyon 213.9 min ABŞ dolları dəyərində 82 926 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1861 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.2% azdır.

Xatırladaq ki, bu dövrdə Azərbaycana 1 milyard 130.3 milyon ABŞ dolları dəyərində 58 min 471 ədəd hibrid avtomobil idxal olunub.