Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Dekabr ayının 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 0.66% bahalaşaraq 86 498 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.24% artaraq 2927 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.24%, BNB isə 0.49% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.