FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
15:18
588
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac yanvarın 29-da keçiriləcək.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Hərracda Göyçay rayonu “Göyçay” (3 ha), Ağsu rayonu “Ağsuçay” (6 ha), İmişli rayonu “Bəhrəmtəpə II” (10.9 ha) qum-çınqıl, Ağdam rayonu “Şelli” (3 ha) və “Burundağ” (2 ha) mərmərləşmiş əhəngdaşı və Sumqayıt şəhərində “Sumqayıt” (2.57 ha) gil yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri 22 yanvar 2026-ci il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.