14:05
560
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.
Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.
15:05
455
15:00
490
14:58
476