DSMF-nin gələn il xərcləri 8 483 070 min manat olacaq İqtisadiyyat

DSMF-nin gələn il xərcləri 8 483 070 min manat olacaq

Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.